21 Mayıs 2016 Cumartesi

GİRİŞ: Qızıl əsr müjdəsi

GİRİŞ: Qızıl əsr müjdəsi

Peyğəmbərimiz (s.ə.v.) 1400 il əvvəl axırzamanda, yəni yaşadığımız bu dövrdə baş verəcək hadisələri ətraflı şəkildə bildirmiş və bu dövrü hərtərəfli tərif etmişdir. Axırzamanın insanların Quran əxlaqından uzaqlaşacağı dövr olacağı, dünya səviyyəsində böyük tənəzzül, fitnə, müharibə, qarışıqlıq və degenerasiya baş verəcəyini xəbər vermişdir. Peyğəmbərimizin (s.ə.v) hədislərinə bildirildiyi kimi, Allah bu dövrdə hz. İsa (ə.s) və Rəbbimizin “Hadi” (hidayət verən) ismini daşıyan hz. Mehdini (ə.s) göndərəcəkdir. Hz. İsa (ə.s) və hz. Mehdinin (ə.s) zühurunun baş verəcəyi bu mübarək dövrdə inkarçı fəlsəfə və ideologiyalar tamamilə aradan qalxacaq və dünyanın hər tərəfində davam edən zülm və qarışıqlıq tamamilə sona çatacaq. Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) dövründə Allah inancı Peyğəmbərimizin (s.ə.v) dövründəki kimi yaşanacaq, Quran əxlaqı insanlar arasında hakim olacaq və bütün dünya sülh məkanına çevriləcək. Yer üzündə müharibə və qarşıdurma baş verməyəcək, bütün silahlar aradan götürüləcək, bircə şəxsin belə burnu qanamayacaq. Keçmişdə yaşanan əxlaqsızlıqlar, təzyiqlər, zülmlər, yoxsulluq, ədalətsizlik və degenerasiya bu mübarək dövrdə aradan qalxacaq, hər cür sıxıntının yerini bərəkət, bolluq, zənginlik, xeyir, sülh və rifah alacaq. Texnologiya sahəsində çox böyük nailiyyətlər əldə ediləcək və bunlar bütün insanların xeyri və rahatlığı üçün istifadə olunacaqdır. İncəsənət və estetika sahəsi də çox inkişaf edəcəkdir. Bu dövr Rəbbimizin izni ilə "Qızıl əsr" adlanacaq.
mənzərə
 
Rəbbimiz bu dünyada imtahan üçün bütün gözəlliklərlə bərabər, onların əksi olan mənfi gücləri də yaradır. Hər dövrdə peyğəmbərlərin və iman gətirənlərin qarşısında əks-güclər, yəni inkar edənlər çıxmış və bunlar Allah inancına və gözəl əxlaqa qarşı mübarizə aparmışdır. Bu, Allah`ın qanunudur. Hz. Musa dövründə fironun, hz. İbrahim dövründə Nəmrudun, hz. Məhəmməd (s.ə.v) dövründə Əbu Ləhəbin və məkkəli müşriklərin mövcud olması bu İlahi qanunun təzahürüdür. Peyğəmbərimizin (s.ə.v) hədislərində xəbər verildiyi kimi, hz. İsanın (ə.s) nüzulunun və hz. Mehdinin (ə.s) zühurunun gözlənildiyi axırzamanda ortaya çıxacaq mənfi güc isə "dəccal" olacaq.
Peyğəmbərimizin (s.ə.v) hədislərində bildirilən axırzaman əlamətlərinin demək olar ki, hamısı hicri 1400-cü ildə, yəni məhz peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi dövrdə baş vermişdir. Yüzlərlə əlamətin çıxması axırzamanın yaşadığımız dövr olduğunu göstərən və eyni zamanda, Qızıl əsrin çox yaxın olduğunu müjdələyən çox mühüm məlumatdır. Yaşadığımız axırzamanda dəccalın fitnəsi də özünü göstərmişdir. Kütlələri dinsizliyə sürükləyən, dünyaya qırğınlar, müharibələr gətirən, cəmiyyətləri degenerasiyaya, anarxiyaya, tənəzzülə və cinayətlərə sövq edən dəccalın bu böyük fitnəsi darvinizmdir. Darvinizm heç bir elmi əsası olmadığı halda, 150 il ərzində cəmiyyətlərə təkidlə təqdim edilmişdir. İnsanlar bu böyük yalanla kütləvi şəkildə aldadılmış, bəzi cəmiyyətlər darvinist ideologiyanı əsas tutaraq müharibələrə, soyqırımlara, terrora, anarxiyaya əl atmışdır. Dəccaliyyət darvinizm fitnəsi ilə bütün dünyaya yayılmış, heç bir elmi dəlilə əsaslanmadığına baxmayaraq, saxta iddialar və dəlillərlə bəzi dövlətlərin rəsmi müdafiəsinə sığınmışdır. Darvinist ideologiya axırzamanın ən böyük fitnəsi olduğundan, qısa müddət ərzində saxta uğurlar əldə etmiş, bu günə qədərki ən böyük yalan kimi tarix səhifələrində yerini almışdır.
Ancaq, əlbəttə, hər böyük fitnə kimi dəccalın bu böyük fitnəsi də məhv olmaq üzrədir. Axırzamanın müqəddəs dövrü Qızıl əsr dəccalın fitnəsinin sona çatdığı, müharibələrin və qarşıdurmaların bitdiyi, bəşəriyyətə böyük bəlalar gətirən dinsiz ideologiyaların tarixin qaranlıqlarına gömüldüyü və dünyanın bolluq, bərəkət və ədalətlə dolub-daşdığı bir dövr olacaq. Bu dövrdə İslam əxlaqı bütün dünyaya yayılacaq, insanlar axın-axın Allah inancına yönələcəklər.Bu müqəddəs dövr çox yaxındır. Peyğəmbərimizin (s.ə.v) hədislərinə əsasən, Hz. Mehdi (a.s.) zuhur etmiştir. İnsanlar tərəfindən tanınacağı vaxt çox yaxındır. Hədislərdən başa düşüldüyü kimi, hz. İsanın (ə.s) nüzulu da çox yaxın vaxtda baş verəcəkdir. Dünya səviyyəsində dəccal sisteminin ən böyük fitnəsi olan darvinizm isə məğlub olub. Dəccal artıq ölüb. Bizə çox yaxın olan Qızıl əsrin bərəkət və bolluğu, hüzur və təhlükəsizliyi Allah`ın izni ilə bütün bəşəriyyətə hakim olacaq, bütün dünyaya yayılacaq. Uca Rəbbimiz bir ayəsində belə buyurur:
"Allah: "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik! - deyə yazmışdır. " Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! " (Mücadilə surəsi, 21)

Axırzamanın ən böyük fitnəsi dəccal

Axırzamanın ən böyük fitnəsi dəccal

müharibə
Axırzamanda dəccalın fitnəsi çox böyük olacaqdır... Peyğəmbərimizin (s.ə.v) hədislərində dəccal axırzamanda çıxan ən böyük mənfi güc olaraq göstərilmişdir. Müharibə, təcavüzkarlıq, fitnə və qətliamların tək səbəbi axırzaman dəccalıdır.
Dünya həyatı yaxşılarla pislərin, gözəlliklərlə çirkinliklərin üzə çıxdığı, insanların əməlləri ilə sınandığı, iman gətirənlərin və gətirməyənlərin imtahan edildiyi müvəqqəti məkandır. Bütün varlıqları və bu imtahan mühitini yaradan Allah imtahan üçün hər dövrdə iman gətirənlərə qarşı inkar edən, günahkar düşmən yaratmışdır. Hər dövrdə peyğəmbərlərin və iman gətirənlərin qarşısına çıxan bu inkarçı Peyğəmbərimizin (s.ə.v) hədislərinə görə hz. İsanın (ə.s) yenidən yer üzünə gəlməsinin gözlənildiyi, hz. Mehdinin (ə.s) isə zühur edəcəyi dövrdə, yəni axırzamanda gələcək "dəccal" olacaktır.
Dəccal ərəb mənşəli söz olub "dəcl" kökündən törəmişdir. Lüğətlərdə verilən mənaya görə dəccal "yalançı, hiyləgər, zehinləri, ürəkləri, pislə yaxşını, haqla batili qarışdıran, bir şeyi ört-basdır edib əsl üzünü gizlədən, bucaq-bucaq hər yeri dolaşan müfsid (nifaq salan, pozan) və məlun (lənətlənmiş, qovulmuş)" varlıqdır.
Peyğəmbərimizin (s.ə.v) hədislərində dəccal axırzamanda (dünyanın son dövrlərində) ortaya çıxacaq ən böyük mənfi güc kimi xəbər verilmişdir. Axırzman kimi qeyri-adi hadisələrin baş verdiyi bu dövrdə zühurunu Allah`ın izni ilə çox yaxında görəcəyimiz hz. İsa (ə.s) və hz. Mehdiyə (ə.s) düşmənçilik edərək bütün dünyaya şeytani sistemini hakim etməyə çalışacaq dəccal tarixin bəlkə də ən böyük inkarçılarından biridir. Belə ki, Peyğəmbərimiz (s.ə.v) dəccalın fitnəsinin böyüklüyünü belə tərif etmişdir:
Adəmin yaradılışından qiyamətə qədər keçən müddət ərzində dəccaldan daha böyük hadisə yoxdur.1
dəccalın fitnəsi
 
Dəccal, rəvayətlərə görə, doğrunu yanlış, yanlışı doğru, yaxşını pis, pisi yaxşı göstərən fitnəkardır. "Şübhəsiz, yanında bir cənnət və bir cəhənnəm (adlandırdığı iki çay) olması da onun fitnəsidir. Əslində, cəhənnəmi cənnət, cənnəti də cəhənnəmdir..."2 hədisində də bildirildiyi kimi, onun yaxşı, gözəl, doğru adlandırdığı hər şey insana fəlakət gətirən pislikdir. İnsanlara pis kimi göstərdiyi dəyərlər isə, əslində, onların xeyrinədir. Ancaq bəzi insanlar hadisələri Quran əxlaqına və Peyğəmbərimizin (s.ə.v) sünnətinə əsasən dəyərləndirmədiklərinə görə, dəccalla tabe olacaq və Allah`ın fitrətindən üz çevirəcəklər. Bunun nə qədər böyük xəta olduğunu isə dəccalın hazırladığı zülm mühiti sayəsində anlayacaqlar. Bu səbəbdən, Peyğəmbərimiz (s.ə.v) insanlara xəbərdarlıq etmiş və dəccalın pis kimi göstərdiyi şeyin yaxşı olduğunu bilərək hərəkət etmələrini söyləmişdir:
Dəccal çıxacaq. Yanında su və alov var. İnsanların su kimi gördüyü yandırıcı alovdur. İnsanların alov kimi gördükləri də soyuq və şirin sudur. Sizdən kim bunu dərk etsə, alova tərəf getsin, özünü alova atsın. Əslində, o, şirin və gözəl sudur.3
qarşıdurma
Dəccalın fitnəsi dünyanın hər yerində hiss edilir, sevgisizlik, qarşıdurmalar, təxribatçılıq dünyanın dörd tərəfinə yayılmışdır.
Yaşadığımız dövr hədislərdə bildirilən bir çox müxtəlif əlamətlərdən başa düşüldüyü kimi, "axırzaman"dır. Peyğəmbərimizin (s.ə.v) hədislərinə əsasən, axırzaman hal-hazırda yaşanır və hz. İsanın (ə.s) yenidən yer üzünə gəlişi və hz. Mehdinin (ə.s) zühuru Allah`ın istəyi ilə bu dövrdə gözlənilir. Hədislərdə xəbər verildiyi kimi, yaşanan axırzamanda dəccalın fitnəsi də hiss edilir, sevgisizlik, üsyankarlıq, pislik, ayrılıq, qarşıdurmalar və tənəzzül dünyanın hər tərəfinə yayılır. İnsanların böyük hissəsi dəccalın fitnəsinə məruz qalıb, gözəl əxlaqdan uzaqlaşmış, inkara əsaslanan şeytani sistemi qəbul etmişdir.
iğtişaş
Dəccal yaxşını pis, pisi yaxşı göstərərək insanları aldadacaq, hər cür iğtişaşlara zəmin hazırlayacaqdır.
aclıq
Axırzamanda dəccalın fitnəsi aclıq və iqtisadi fəlakətlərlə də özünü göstərəcəkdir.
Dəccalın yaşadığımız axırzamanda ideoloji cəhətdən ən böyük fitnəsi isə darvinizm olmuşdur. XIX əsrin ən böyük xurafatı olan darvinist ideologiya əvvəllər etirazla qarşılansa da, dəccalın təsiri ilə XX əsrdə cəmiyyətlərə yayılmış, kütlələri arxasından aparmış, bir çox tərəfdar toplamış, dərsliklərə, elmi ədəbiyyata daxil olmuşdur. Yalan olmasına baxmayaraq, elmilik iddiası ilə ortaya çıxıb heç bir elmi dəlillə dəstəklənməsə də, dəccalın təsiri ilə bütün dünyanı aldatmağı bacarmışdır. Hədislərdə bildirildiyi kimi, dəccalın təsiri ilə insanlar olmayan bir şeyi qəbul etmiş, elmlə heç bir əlaqəsi olmayan nəzəriyyəni "həyatın mənşəyinə dair açıqlama" kimi mənimsəmişdir.
Uşaqlar orta məktəb dövründən etibarən məktəblərdə Darvinin təkamül nəzəriyyəsini oxumağa başlamış, ən çox seyr edilən darvinizm tərəfdarı olan telekanallar təkamülə dair saxta ssenariləri "elmi fəaliyyət" kimi ön plana çəkmiş, universitet professorları bu saxtakarlığı hər vəchlə müdafiə etmişdir. Bu, tamamilə batil inanc sistemidir. Darvinizm batil din kimi ortaya çıxmış, insanları bu batil dinə kor-koranə inandırılmağa çalışmış, inanmayanlar təcrid olunmuş və susdurulmuşdur. Təkamül nəzəriyyəsinin lehinə heç bir elmi dəlil yoxdur. Olması da mümkün deyil. Ancaq darvinizm saxta inanc olduğuna görə, təkamül nəzəriyyəsi adından saxta dəlillər daima uydurulur, təkamülü çürüdən həqiqi elmi dəlillər isə ört-basdır edilir. Bu saxtakarlığın həddi-hüdudu yoxdur. Darvinizm Allah`ı inkara əsaslanan, batil, saxta inanc sistemi olması ilə dəccalın məlum olan və hədislərə əsasən, axırzamanda gözlənilən böyük oyunudur.
irqçilik
İrqçiliyin ən böyük qaynağı olan, insanı yer üzündə nəzarətsiz heyvan olduğuna inandırmağa çalışan darvinizm dəccalın ən böyük oyunlarından biridir.
Sevgisizlik və mərhəmətsizlik insana insan olaraq dəyər verməməyin və öz irqini daha üstün görməyin nəticəsidir.
Canlıların təsadüfən meydana gəldiyini iddia edən, insanın meymun əcdadları olduğunu müdafiə edən, insanı yer üzündə məsuliyyətsiz, nəzarətsiz heyvan olduğuna inandırmağa çalışan, güclünün zəifi əzməsi kimi batil fikirlərə əsaslanaraq kütlələri qətl edən, müharibələri başladan, insanlara mənən kiçik və alçaq gözlə baxan bu saxta inanc sistemi dəccalın ən böyük oyunlarından biri olan darvinizmdir. Lakin 150 ildən bəri davam edən bu oyun XXI əsrin əvvəllərində artıq məhv olmuş vəziyyətdədir. Dəccalın oyunu bitmişdir. Dəccal artıq ölmüşdür. Kütlələrin aldadılması sona çatmışdır. Batil din kimi mənimsənilən bu ideologiya Allah`ın haqq dini qarşısında yerlə yeksan olmuşdur. Allah, şübhəsiz, Öz dinini üstün qılandır. Uca Rəbbimiz bir ayəsində belə buyurur:
Günahkarlar istəməsələr də, Allah sözləri ilə haqqı gerçəkləşdirəcək! (Yasin surəsi, 82)
mənzərə
De: "Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. (Allahın nemətlərinə) nə az şükür edirsiniz!" (Mülk surəsi, 23)

Əsrin ən batil dəccali sistemi: darvinizm

qətliam
Müharibə və qətliamları təbiətin qanunu halına çevirməyə çalışan darvinizm tarixin ən azğın və ən qanlı ideologiyasıdır.
Bu gün dünyada din əleyhinə olan ən böyük fitnələrdən biri materializm və materializmdən törəyən müxtəlif batil ideologiya və cərəyanlardır. Bütün bu cərəyanları əhatə edən, hamısının əmələgəlmə və təməlini təşkil edən düşüncə isə darvinizmdir. Darvinizm irəli sürüldüyü tarixdən etibarən materialist və din əleyhinə ideologiya və cərəyanların əsasına çevrilmiş, bu ideologiyaları müdafiə edənlər tərəfindən sanki dinə çevrilmişdir. Darvinizmin axırzamanda dəccalın dininə çevriləcəyinə böyük İslam alimi Bədiüzzaman Səid Nursi də bu açıqlaması ilə diqqət çəkmişdir:
Təbiətçilik (darvinizm) və materializm fəlsəfəsindən çıxan nəmrudanə (üsyankar) cərəyan axırzamanda fəlsəfə vasitəsilə getdikcə yayılaraq güclənəcək, ilahlıq iddia edəcək dərəcəyə çatacaqdır.4 (Allah`ı tənzih edirik)
Bədiüzzamanın "təbiətçilik (darvinizm) və materializm fəlsəfəsindən çıxan nəmrudanə (üsyankar) cərəyan" şəkildə ifadə etdiyi kimi, darvinizm təbiətə müstəqil güc verən, bütün canlıların təsadüflərin əsəri olduğunu, yaradılmadığını iddia edən (Allah`ı tənzih edirik), insanları Allah`a imandan uzaqlaşdırmağa çalışan təlimdir. Peyğəmbərimizin (s.ə.v) hədislərinin toplandığı və hədislərin açıqlamalarının yer aldığı Kütubi-Sittə Müxtəsəri Tərcümə və Şərhi adlı kitabda isə bu mövzu belə izah edilmişdir:
Dəccalın yol açdığı axırzaman fitnəsinin ən bariz və ən mühüm vəsfi dinə qarşı olmasıdır. Axırzamanda ortaya çıxacaq bəzi humanist düşüncə tərzi və dəyərlər dinin yerini almağa çalışacaqdır. Bu yeni din insanın üzərində mövcud olan hər cür İlahi hakimiyyəti aradan qaldırmaq üçün inkarı özünə əsas götürür... Əsas ilahı maddə və insan olan dindən kənar dindir.5 (Allah`ı tənzih edirik)
şiddət
Darvinistlər insana insan olaraq dəyər verməzlər.
Darvinistlər təkamül nəzəriyyəsini hər dövrdə saxta dəlillərlə elmi göstərməyə çalışmışdır. Canlıların cansız maddələrdən əmələ gəldiyini və təkamül keçirərək inkişaf etdiyini, bütün canlı növlərinin bir-birlərindən mərhələlərlə törədiyini iddia edirlər. Ancaq darvinizm bu iddiasının heç bir mərhələsini sübut edə bilməmiş, buna baxmayaraq, elmi göstərilməyə çalışılan batil inanc sistemidir. Darvinizmə görə, bu xəyali inkişafın ən böyük xəyali mexanizmi "təsadüflərdir". Təsadüflər darvinizmin saxta ilahıdır. Darvinistlərə görə, bu saxta ilah imkansız olanı gerçəkləşdirmək gücünə malikdir. Darvinistlərə əsasən, bu saxta ilah bir qədər palçıqlı sudan canlı hüceyrə meydana gətirir, balığı pələngə çevirir, ayılardan balinaları meydana gətirib onlarda heç yoxdan ağciyər əmələ gətirir. Darvinistlərə görə, bu saxta ilah insanı meymundan törəyən canlı hesab edir, insana ağıl, hafizə, qabiliyyət kimi bacarıqlar verir, yer üzündə heç cür təqlid oluna bilməyən insan şüurunu yoxdan var edir. Belə ki, təsadüflər bütün bunları fantastik şəkildə edərkən necə olursa planlı, ağıllı davranır, səhv etmir, hətta lazım gəldikdə dərhal tədbir görür. Darvinin təkamül nəzəriyyəsinə görə təsadüflər ağıl və nəzarət gücü olan saxta yaradan hökmündədir. (Allah`ı tənzih edirik)
mənzərə
De: "Sizi yer üzünə yayıb səpələyən Odur.
(Qiyamət günü) Onun hüzuruna toplanacaqsınız!"
(Mülk surəsi, 24)
Təsadüfləri bütləşdirmiş bu batil nəzəriyyə ağılsız və məntiqsiz iddialarla hər cür demaqogiya və saxtakarlıqlarla kütlələrə hakim ola bilmişdir. Bunun səbəbi dəccaldır. Peyğəmbərimizin (s.ə.v) hədislərində bu yalanın mənbəyinin dəccal olduğu bildirilmişdir. Dəccalı təsvir edən bir çox hədisdə müxtəlif bənzətmələrlə tərif edilən xüsusiyyətlər bir ideologiyanın xüsusiyyətləri kimi dəyərləndirildikdə mövzu daha da aydın olur. Məntiqsiz və əsassız iddialarla üzə çıxan, insanları inkara aparan, din əxlaqından uzaqlaşdıran, insanlar arasında fitnə və qarışıqlıq əmələ gəlməsinə şərait yaradan hər cür ideologiya və düşüncə sistemi dəccalı təmsil edir. Darvinizm hədislərdə tərif edilən bu dəccali sistemə əsaslanan əsas ideologiyadır. Allah bir ayəsində dəccalın batil sisteminə tabe olanları belə tərif edir:
Şübhəsiz ki, günahkarlar haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar.  (Qəmər surəsi, 47)
Darvinizm dünyanı aldatmağa, insanları Allah`a imandan uzaqlaşdırmağa əsaslanan ideologiya olduğu üçün dəccalın tərəfdarlarına bu batil dinin dirçəldilməsi vacibdir. Elə bu səbəbdən, dəccalın himayəsinə girən bəzi şəxslər bu ideologiyanı yaşatmaq üçün indiyə qədər hər üsuldan istifadə etmişdir. Heç bir elmi dəlil olmadığına baxmayaraq, təkamül nəzəriyyəsini bütün dünyaya sübut etmiş nəzəriyyə kimi təqdim ediblər. Olmayan dəlilləri varmış kimi göstərib, fosilləri öz nəzəriyyələrinə uyğunlaşdırmaq üçün saxtakarlıq etməkdən də çəkinməyiblər. Ara keçid forma olmamasına baxmayaraq, xəyali ara keçid formalar düzəldib saxtakarlıq etmiş, bunları dərsliklərində elmi dəlil kimi tədris etmişdilər. Təkamül əleyhinə ortaya çıxan saysız-hesabsız dəlili görməməzliyə vurmuş, insanlardan uzaq tutmuşdular. Nəzəriyyələrinin lehinə hər hansı bir dəlil olmadığına görə, saxta fosillər hazırlamış, bunları dünyanın ən məşhur muzeylərində illərlə nümayiş etdirmişdilər. Saxtakarlıqlarının üstü açıldıqda utanmaq yerinə aldadıcı üsullarına davam etmiş, yeni saxtakarlıqlara əl atmaqdan və bunları müdafiə etməkdən çəkinməmişdilər. Tək bir zülalın belə təsadüfən əmələ gələ bilməyəcəyi elmi cəhətdən sübut edilməsinə baxmayaraq, həyatın əvvəlcə palçıqlı suda başlaması iddiasına israrla davam etmişdilər (bir funksional zülalın təsadüfən əmələgəlmə ehtimalı 10950'dir, yəni sıfırdır). Saxta dəlilləri qəzetlərdə, elmi jurnallarda, televiziyada yayımlamaqdan çəkinməmiş, bunu dərs kimi illərlə tələbələrə öyrətmişdilər. Darvinizm saxtakarlıq, uydurma və yalan üzərində qurulmuş inanc sistemidir. Darvinizm elm deyil. Darvinin təkamül nəzəriyyəsi irəli sürüldüyü ilk gündən etibarən qədim bütpərəstlərin vəzifəsini öz üzərinə götürmüş, insanları bütpərəst etməyə çalışmış, Allah`a imandan uzaqlaşdırmaq istəmişdir. 150 il boyu insanları aldatmış, 150 il boyu insanları yalana inandırmağa çalışmışdır. Darvinizm ayaqda dura bilmək üçün saxtakarlığa ehtiyacı olan, tərəfdar əldə etmək üçün yalan söyləyən, darvinizmin yalan olması həqiqətini söyləyənləri susdurmağa çalışan batil dindir.
mənzərə
Onlar Allahı qoyub, haqqında heç bir dəlil nazil edilməyən və üstəlik özlərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Zalımlara kömək edən olmaz... (Həcc surəsi, 71)
Allah bir ayəsində belə buyurur:
De: "Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allah`ın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır! " (Maidə surəsi, 60)
Normal şərtlərdə insanların bu cür səfeh ideologiyanın arxasınca getmələrinin, şübhəsiz ki, məntiqi yoxdur. Lakin insanların bir hissəsi dəccalın qurduğu tələyə düşmüş, şüursuzca, necə etdiklərini, necə inandıqlarını anlamadan bu yalana inanmışdır. Çünki dəccal hiyləgər üsuldan istifadə etmişdir. Darvinizm dünyanı aldadarkən bir tərəfdən də dəccal bu hiyləgər və çirkin vəzifəsini üzərinə götürmüş, saxta və batil üsullarla insanlara yanaşmışdır. Lakin, şübhəsiz, hər batil dində olduğu kimi, bu dində də Allah`a qarşı qurulan bütün hiyləgər tələlər boşa çıxmışdır. Allah ayələrində bu həqiqəti belə bildirir:
Həqiqətən, hiylə qurdular. Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm. Elə isə kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver! (Tariq surəsi, 15-17)

Dipnotlar

1. Tirmizi, s. 82; Müslim, Fiten: 126
2. İbni Ebi fieybe, Musannef, Fiten: 5, 8/5912 İbn-i Mace, 4075, 4076; Tırmizi, Fiten: 59, no. 2240, 4/510
3. Müslim; Büyük Fitne Mesih-i Deccal, Saim Güngör, s. 13
4. İsmail Mutlu, Bediüzzaman'ın Yorumları, Işığında Kıyamet Alametleri, Mutlu Yayıncılık, İstanbul, 1996, s.117
5. Prof. Dr. İbrahim Canan, Kütüb-i Sitte Muhtasarı, Tercüme ve fierhi, 13. Cilt, Ankara, 1992, s.457-458

Dəccal sistemini ateist masonluq idarə edir

Dəccal sistemini ateist masonluq idarə edir

Allah`ın inkar etmək üçün ortaya çıxmış, insanlara Allah qarşısında məsuliyyət daşımayan nəzarətsiz heyvan olduqlarını təlqin edən, hər şeyin təsadüflərlə meydana gəldiyi iddiasını kütlələrə yayan və təbii seçmə iddiası ilə bütün dünyaya zəiflərin yox olması, güclülərin isə həyatda qalması düşüncəsini yayaraq XX əsrin əvvəlindən etibarən bütün dünyanı zülmə, degenerasiyaya, soyqırımlara, müharibələrə aparan təkamül nəzəriyyəsinin əsl qoruyucusu masonluqdur.
Təkamül nəzəriyyəsini bugünkü formada irəli sürən və bu yalanın insanlar arasında yayılmasında təşəbbüs göstərən Çarlz Darvinin babası Erasmus Darvin Şotlandiyada 2 saylı Canongate Kilwinning lojasına mənsub məşhur masondur. Ç. Darvin də babası ilə eyni lojadandır və 27-ci dərəcəli masondur. Çarlz Darvinin qardaşları da masondur.6
Darvinin fikirlərinin yayılmasından sonrakı 150 il boyu bütün dünyada Allah`a inamın zəifləməsinin, ateistlərin çoxalmasının, dünyanın böyük qarışıqlıq və degenerasiyanın içinə girməsinin, dünya müharibələrinin baş verməsinin, cəmiyyətdə nifrət və qəzəbin yayılmasının, kütləvi qırğınların, cinayətlərin çoxalmasının, soyqırım, irqçilik kimi cəmiyyəti fəlakətə aparan fikirlərin yayılmasının səbəbi bu yalanın masonik darvinist diktatorluq idarəçiliyi altında dünyanın hər təbəqəsinə, məktəblərə və dövlət hakimiyyətinə yerləşməsidir.
Qaniçən kommunist və faşist liderlər Darvinin təkamül nəzəriyyəsinə olan bağlılıqları və heyranlıqları ilə məşhurdurlar. Bu şəxslər dünyada fitnə, qarışıqlıq, zülm sistemi qurarkən özlərinə təkamül nəzəriyyəsini mənbə seçdiklərini bildirməkdən əsla çəkinməyiblər. Bundan əlavə, sözügedən qaniçən liderlərin hamısı masondur.
Kütlələri qana bulayan kommunizmin banisi Karl Marks Darvinin kitabı Növlərin mənşəyi ilə bağlı: "Bizim fikirlərimizin təbii tarixi təməlini ehtiva edən kitab elə budur" deyərək özünə Darvinin təkamül nəzəriyyəsini əsas götürdüyünü açıq şəkildə ifadə etmişdir.7 Marks Alman Grand Orient lojasına aid 32-ci dərəcəli masondur. Ateist olması ilə tanınan Marks yəhudi əsilli olduğuna görə, həmişə narahat olmuş və Yəhudilərsiz Dünya adlı kitabından musəvilərə və Allah inancına olan qəzəbini açıq şəkildə ifadə etmişdir.8
Marksın fikirlərini özlərinə əsas götürmüş, Darvin və təkamül nəzəriyyəsinə heyranlıqları ilə tanınan milyonlarla insanın qətlinə səbəb olmuş Lenin və Stalin də eyni şəkildə masondur. Lenin Grand Orient lojasına, Stalin isə Gül Xaç lojasına aid masondur.9 Stalin 60 milyon insanın həyatını itirməsinə səbəb olduğu təxmin edilən hakimiyyəti boyu təkamül təbliğatına böyük əhəmiyyət vermişdir. Tərcümeyi-halında bu sözlər yer alır:
Məktəblərdəki şagirdlərimizin zehnini yaradılış fikrindən təmizləmək üçün onlara üç şeyi xüsusilə öyrətməliyik: Yerin yaşını, geoloji mənşəyini və Darvinin təlimlərini.10
Kommunist İnqilabının Leninlə birlikdə digər banilərindən biri olan Leon Trotski isə "Darvinin kəşfi bütün üzvi maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük zəfəri oldu" şərhini vermiş digər darvinistdir.11 Leon Trotski, eyni zamanda, “Grand Orient” lojasına aid masondur. Trotski Rusiyadan sürgün edilərək Cənubi Amerikada məskunlaşdıqdan sonra Latın və Cənubi Amerika bölgələrində “Grand Orient” lojalarının birləşdirilməsi vəzifəsini həyata keçirmişdir. Bu günə qədər Kuba da daxil olmaqla, Cənubi Amerikadakı kommunist qiyamların hamısı bu lojalar tərəfindən təşkil edilmişdir.12
Eyni şəkildə, Çin kommunizminin banisi Mao Tse Tunq da "Çin sosializminin təməlinin Darvinə və təkamül nəzəriyyəsinə əsaslandığını" açıq şəkildə bildirən qaniçən kommunist liderdir. Mao Tse Tunq da Grand Orient lojasına aid masondur.13 Mao Tse Tunqun Darvinə əsaslanan Çin sosializm tarixinin ən repressiyaçı və qanlı rejimlərindən biridir. O dövrdə Çin saysız-hesabsız siyasi edama səhnə olmuşdur. Sonrakı illərdə isə Maonun "Qızıl mühafizəkarlar" adlandırdığı gənc hərbiçilər ölkəni əsl terror məkanına çevirmişdilər. Çin hələ də eyni kommunist sistemin təsiri altında qanlı diktatorluğunu davam etdirir. Son dövrlərdə Çində Uyğur türklərinə tətbiq edilən soyqırım və edamlar Maonun öz ifadəsi ilə Darvinin təkamül nəzəriyyəsinə əsaslanan, eyni batil və kirli masonik sistemin təsirinin davam etdiyini açıq şəkildə göstərir.
Bu şəxslərin hamısı darvinist və masondur. Bu şəxslər Quran, Tövrat və İncilə qarşı olan, Allah`a təkəbbür göstərən dəccal komitəsidir.
Dünyanı dinsizliyə, degenerasiyaya, müharibə və nifrətə sürükləyən əli qanlı liderlərin hamısı ateist və masondur
Dünyanı dinsizliyə, degenerasiyaya, müharibə və nifrətə sürükləyən əli qanlı liderlərin hamısı ateist və masondur.
Dünyanı dinsizliyə, degenerasiyaya, nifrət və məqsədsizliyə, müharibələrə sürükləyən Darvin, onun məsləhətçisi olan babası Erasmus Darvin, milyonlarla insanın ölümünə səbəb olan və darvinizmi dəstəkləyən kommunist ideologiyanın qaniçən liderləri yüksək dərəcəli masonlardır. Bu gün heç bir elmi dəlili olmamasına baxmayaraq, təkamül nəzəriyyəsi bütün dünyada qanunlarla qorunur və dəstəklənir. Gənclər bu batil nəzəriyyəni öyrənmək, müəllimlər də müdafiə etmək məcburiyyətindədirlər. Təkamül nəzəriyyəsinə qarşı çıxanlar dərhal vəzifələrindən azad edilir, susdurulurlar. Çünki dünyanı qana bulayan, cəmiyyətə dinsizliyi aşılamağa çalışan bu batil ideologiya dəccalın, yəni masonluğun ən mühüm qalasıdır. Qaniçən kommunist və faşist liderlərin bu nəzəriyyəyə möhkəm bağlı olduqları və Darvinin təlimlərini tətbiq edərək milyonlarla insanın qanını tökdükləri nəzərə alındıqda, bu dəccal komitəsinin dünya səviyyəsindəki təsiri başa düşülür.

Masonluğun əsas fəlsəfəsi: darvinizm

Darvinizm masonluğun əsas fəlsəfəsidir. Çünki darvinizm masonların dünyada qurmağa çalışdığı dəccal sisteminin əsasını təşkil edir. İnsanları Allah inancından uzaqlaşdırmağı qarşısına məqsəd qoyur, yer üzündəki zülm sisteminin batil və saxta fikri əsasını təşkil edir. Elə bu səbəbdən, mason təşkilatlanması təkamül nəzəriyyəsinin cəmiyyətə qəbul etdirilməsi üçün ən çox səy göstərən təşkilatdır. Mason dergisi, masonların təkamül ideologiyasına nə üçün bağlı olduğunu belə açıqlayır:
Darvinin təkamül nəzəriyyəsi təbiətdə baş verən bir çox hadisənin Tanrının işi olmadığını göstərdi."14 (Allah`ı tənzih edirik)
Masonlar elə bu böyük yalanı dirçəltmək və kütlələrə yaymaq üçün təkamül nəzəriyyəsini elmi nəzəriyyə kimi təqdim etməyə çalışırlar. Lakin masonların ön plana çəkdikləri təkamül nəzəriyyəsi bircə elmi dəlillə belə dəstəklənməmiş, yaradılışı sübut edən 350 milyon fosil və digər elmi tapıntılar qarşısında tamamilə süqut etmiş tarixin ən böyük saxtakarlığı, elm adına ortaya çıxmış ən böyük yalanıdır.
Başqa bir "mason jurnalı " olan Mimar Sinan da isə masonluğun darvinizmə baxışı bu şəkildə izah edilmişdir:
Bu gün artıq ən sivil ölkələrdən ən geridə qalmışlarına qədər yeganə əsaslı elmi nəzəriyyə Darvinin və onun yolunu davam etdirənlərinkidir.15
Masonlar darvinizmi elmi nəzəriyyə kimi göstərməyə, bunun ən doğru yol olduğunu təlqin etməyə çalışırlar. Çünki darvinizm masonik hədəflərin qarşısını açan batil düşüncə sistemini yaymaq üçün istifadə olunur. Ona görə, masonlar bu nəzəriyyənin təbliğatının aparılmasını da əsas vəzifələrindən biri qəbul edirlər. Mason Dergisi, sözügedən "masonik vəzifən"i belə ifadə etmişdir:
Hamımızın üzərinə düşən ən böyük humanist və masonik vəzifə; müsbət elmdən ... ayrılmamaq, bununtəkamüldə ən yaxşı və tək yol olduğunu mənimsəyərək bu inancımızı insanlar arasında yaymaq, milləti müsbət elmlərlə (darvinizmlə) yetişdirməkdir.16
Yüksək dərəcəli mason olan Selami İşındağ isə Masonlukdan esinlenmeler adlı kitabında masonluğun batil təkamül inancı əsasında insana baxışını bu şəkildə ifadə edir:
İnsan təkamül baxımından heyvandan fərqli deyil. İnsanın əmələ gəlməsi və təkamülü üçün heyvanların tabe olduqları güclərdən ayrı, xüsusi gücləri yoxdur.17
Dəccal sistemi olan masonluq insanı təsadüfən əmələ gəlmiş heyvan kimi görən darvinizmdən bütün hədəflərinə asanlıqla çatmaq üçün istifadə edir. Darvinizm dəccalın bütün batil fikir sistemini bərqərar etmək üçün batil ideologiya kimi masonlar tərəfindən ortaya atılmış, masonlar tərəfindən dəstəklənmiş, elm kimi göstərilmiş və masonlar tərəfindən qorunmuşdur. Hələ də sözügedən dəccal sistemi bu batil ideologiyanı təzyiq, israr, zorakılıq və saxtakarlıq yolu ilə qorumaqda davam edir.
Bunu daha yaxşı başa düşmək üçün dəccal sistemi olan masonluğun Darvin dövründə bu batil ideologiyanı necə dəstəkləyib ön plana çıxardığını araşdırmaq yerinə düşəcəkdir.

Masonlar tərəfindən dəstəklənən Darvin

Darvinizmin masonluğun ən böyük oyunlarından biri olması həqiqətini nəzərə çatdıran mühüm nümunə mason iclasında verilmiş qərardır. Parisdəki 33-cü dərəcəli Mizraim Mason Ali Şurasının iclaslarında təkamülün elm kimi dəstəklənməsi qərarını verərkən, əslində, bir tərəfdən də özləri o nəzəriyyəni ələ salırdılar:
Elə bu (təkamül nəzəriyyəsinin elmiliyi) fikirdən istifadə edərək biz heç dayanmadan mətbuat vasitəsilə bu nəzəriyyələrə kor-koranə inanılmasını təmin edəcəyik. İntellektuallar... savadları ilə özlərini tərifləyəcəklər və hər hansı məntiqli sübuta ehtiyac hiss etmədən elmdən əldə edə bildikləri bütün məlumatı bunun üçün sərf edəcəklər, bizi təmsil edən mütəxəssislər onların zehinlərini bizim istədiyimiz istiqamətdə yönəltməyimiz üçün bütün hissələri hiyləgərliklə birləşdirdilər. Bir anlıq bunların boş sözlər olduğunu düşünməyin: darvinizm üçün təşkil etdiyimiz uğurlar üzərində diqqətli düşünün...18
mason
 
Amerikadakı masonluq da Mizraimin bu qərarını çox keçmədən mənimsədi. New Age jurnalı 1992-ci ilin mart ayında masonluğun hakimiyyətinin təkamül və insanın təkmilləşməsi sayəsində qurulacağını bildirmişdir.
Diqqət edilsə, təkamül nəzəriyyəsinin indiki saxta elmi görünüşü 33 dərəcəli mason lojalarında müəyyən edilib qərarlaşdırılmış oyundur. Masonlar özləri belə, gülünc hesab etdiyi bu yalana elmi don geydirmək üçün özlərinin istədiyi kimi davranan elm adamlarını, özlərinin istiqamətləndirdiyi mətbuatdan istifadə edəcəklərini açıq şəkildə bildirirlər. Masonlar darvinizm adından əldə etdikləri uğurlardan bəhs edərkən, əslində, bu yalanın universitetlərə, məktəblərə, dərsliklərə, bütün KİV-lərə həqiqət kimi daxil olmasını, antidarvinist mövqedə olanların susdurulmasını, antidarvinist fəaliyyətlərin təzyiq yolu ilə dayandırılmasını nəzərdə tuturdular. Masonların darvinizm üçün əldə etdiyi bu saxta uğurlar dövrümüzdə elə səviyyəyə gətirilmişdir ki, ingilis kilsəsi Darvindən üzr istəməyə, Roma Papası öz evində darvinizm lehinə konfranslar verməyə məcbur edilmişdir. Dünyaya hakim olan dəccal sistemi masonluq lojasında qərar verib tətbiq etdiyi bu batil sistemi bu cür təsirli etmişdir.
Masonluğun darvinizmlə əlaqəsinin başqa mühüm dəlilini isə Darvin dövründə Darvinin ən böyük tərəfdarı və Darvinin buldoqu kimi tanınan Tomas Hakslinin fəaliyyətlərindən anlamaq mümkündür. Haksli İngiltərənin ən mühüm elm qurumlarından biri olan Kral Akademiyasının (Royal Society) üzvü idi və bu qurumun bütün digər üzvləri kimi mason idi.19 Kral Akademiyası və ya tam adı ilə Təbiət Elminin İnkişafı üzrə London Kral Akademiyası (The Royal Society of London for The İmprovement of Natural Knowledge) 1662-ci ildə qurulmuşdur. Qurumun bütün üzvləri istisnasız masonlardan ibarət idi.20
Tomas Haksli və Royal Society binası
Tomas Haksli və Royal Society binası.
Heç bir şəxsi uğuru olmamasına baxmayaraq, çox gənc yaşda Kral Akademiyasına üzv götürülən Haksli bu masonik təşkilat baxımından əhəmiyyətli edən şey Darvinin yaxını və ən böyük tərəfdarı olması idi.
Kral Akademiyasının digər üzvləri də həm kitabını nəşr etməzdən əvvəl, həm də nəşr etdikdən sonra Darvinə böyük dəstək verdilər və kömək etdilər. Bu masonik qurum Darvin və darvinizmə o qədər sahib çıxdı ki, bir il sonra eynilə Nobel mükafatları kimi hər il uğurlu hesab etdiyi elm adamlarına "Darvin medalı" təqdim etməyə başladı.
Qısaca desək, özü də mason olan Darvin tək deyildi. Nəzəriyyəsini irəli sürdüyü andan etibarən "təşkilatlı" şəkildə dəstəkləndi. Bu təşkilati dəstək əsasını masonların təşkil etdiyi sosial sinif və qruplardan gəlirdi. Marksist mütəfəkkir Anton Pannekoek Marksizm Və Darvinizmadlı kitabında bu mühüm həqiqətdən bəhs edir və burjuaziyanın, yəni avropalı gənc kapitalist sinfinin darvinizmi dəstəklədiyini belə izah edir:
Marksizmin əhəmiyyətini və mövqeyini sadəcə proletar sinfi mübarizəsindəki roluna borclu olduğu hamıya məlumdur... Darvinizmin də marksizmlə eyni təcrübələri yaşadığını görmək çətin deyil. Darvinizm elm dünyası tərəfindən obyektiv yanaşma ilə müzakirə olunaraq və sınaqdan keçirilərək qəbul edilmiş mücərrəd nəzəriyyə deyil. Xeyr, darvinizm ilk addım atan kimi həvəskar dəstəkçiləri və qatı düşmənləri olmuşdur. Darvinin adı nəzəriyyəsini az anlayan insanlar tərəfindən ucaldılmışdır... Darvinizm də sinfi mübarizədə rol oynamış və bu rol sayəsində sürətlə yayılmış, coşqun tərəfdarlar və amansız düşmənlər qazanmışdır.21
Bu iddia masonların təkamül nəzəriyyəsinə nə üçün əhəmiyyət verdiklərini açıq şəkildə göstərir. Onların məqsədi insanın və bütün canlıların təsadüfən əmələ gəlməsi fikrini zehinlərə yerləşdirmək, beləliklə, insanlara bu batil materialist fəlsəfəni əsaslı göstərməkdir. Allah`ı inkar etməyin (Allah`ı tənzih edirik) və təsadüfləri saxta ilah kimi insanlara qəbul etdirməyin tək üsulu isə onların fikrincə təkamül nəzəriyyəsidir. Elə buna görə, masonluq hansı yolla olarsa-olsun, təkamül nəzəriyyəsini dəstəkləyir, müdafiə edir, cəmiyyətdə yaymağa çalışır və saxtakarlıqla və ya zorakılıqla da olsa, mütləq qoruyur. Dünyada bu yalanın israrla və böyük fanatikliklə qorunmasının və dünyaya hakim olan darvinist diktatorluğun qurulmasının səbəbi elə budur.
masonluk və darvinizm
Masonlar tərəfindən ortaya atılan təkamül nəzəriyyəsinin indiki tərəfdarları da məhz masonlardır.

Saxta darvinizm ideologiyasının dəstəkçiləri daim masonlar olmuşdur

Daha əvvəl detallarını bildirdiyimiz kimi, masonluğun təməl fəlsəfəsi darvinizmə əsaslanır. Çünki darvinizm masonluğun əsaslandığı cəhətləri - ateizmi, məqsədsizliyi, müharibələri və degenerasiyanı, yəni dəccal sistemini qanuniləşdirmək üçün irəli sürülmüş və elmi tərəfi olmamasına baxmayaraq, elmi göstərilməyə çalışılmış saxta ideologiyadır.
Yüksək dərəcəli mason olan Selami İşıldağ masonluğun təkamülü qeyd-şərtsiz qəbul etməsini bu sözlərlə dilə gətirmişdir:
Qısa şəkildə bəzi masonik prinsip və fikirlərə də toxunmaq istəyirəm: masonluğa əsasən, həyat tək hüceyrədən başlayır, dəyişmə, çevrilmə və təkamüllə insana qədər davam edir. Başlanğıcın mahiyyəti, səbəbləri, məqsədi və şərtləri məlum deyil. Həyat maddə-enerjidən əmələ gəlmiş və ona qayıdacaqdır. Kainatın ulu memarı; ancaq ali prinsip, yaxşılıqlar və gözəlliklərin sonsuz üfüqü, təkamülün zirvəsi, ən yüksək mərhələsi, insanlıq prinsipi olaraq düşünülüb mənimsənilərsə, şəxsiləşdirilməzsə, ehkamçılıqdan qurtulma ehtimalı var.22 (Allah`ı tənzih edirik)
Bu sözlərdə işlədilən "kainatın ulu memarı" adlandırılan masonik anlayış masonların tapındıqları şeytanı ifadə edir. (Allah`ı tənzih edirik).
Başqa bir mənbədə masonluğun təkamül düşüncəsi ilə əlaqəsi açıq şəkildə bildirilir və Darvinin babası Erasmus Darvinin təkamül fikrini irəli sürməsinin mühüm səbəbinin masonluğa əsas təşkil etməsi açıqlanır:
New Age'in universallıq, sehr və təkamül kimi doktrinalarının böyük əksəriyyəti mason lojasında yer alır. Bu səbəbdən, Erasmus Darvin kimi masonlar və başqaları da təkamül fikrini qəbul etmişdir.
... Təkamül reinkarnasiya ilə əlaqəli mistik dindir. Elə buna görə, “New Age” oxucuları da təkamül təlimlərinə inanırlar. Təkamül təbii seleksiyanın bütün canlıları ibtidaidən mürəkkəbə çevirdiyini irəli sürür (insan isə milyardlarla il davam edən təsadüflərlə dolu bu mərhələli inkişafın son məhsuludur). Reinkarnasiya da insanın mükəmməlliyə çatana qədər bir çox həyat yaşayaraq sonsuz şəkildə təkamül keçirdiyini öyrədir.23
Darvinizmin masonluğa əsaslanan nəzəriyyə olması C.H.Steinmetzin Masonluğun Gizli Mənası (Freemasonry: Its Hidden Meaning) adlı kitabında bu sözlərlə şərh edilmişdir:
Masonik təmsil və simvollarda gizlənən bu qədim və gizli təlim təkamülü Darvinin indiyə qədər öyrətdiyi kimi açıqlayır:
Reinkarnasiya və Karma elmi astrologiyanın bir parçasıdır.24
Yazıçı F.D.Kolins masonik sistemi ifşa etdiyi Elmi Diktatorluğun Hakimiyyəti (The Ascendancy of the Scientific Dictatorship) sərlövhəli məqaləsində darvinizmin, əslində, masonik yalana necə əsaslandığını bu sözlərlə ifadə edir:
Darvinizm nəzəriyyəsi '-izm'lərin, ehtiyatla örtülmüş sehrlə bağlı anlayışların, fəlsəfi doktrinaların və ideologiyaların sıx qarışığıdır. Tennenbaumun Darvinizm "cəfəng (ağlasığmaz) dərəcədə məntiqsiz təkliflərə əsaslanır, bunlar elmi müşahidələrdən əldə edilməmiş, lakin süni şəkildə xaricdən siyasi və ideoloji səbəblərlə ortaya atılmışdır" açıqlaması əsaslı və doğrudur.25
Masonluğun darvinizmi ön plana çıxararaq dünya müharibələrinə səbəb olması, kütləvi qırğınlar törətməsi, soyqırım, irqçilik kimi zülm sistemlərini yayması da çətin olmamışdır. Masonluq müxtəlif yüksək dərəcəli masonları ön plana çəkərək, darvinist ideologiyanı əsas götürərək və bu ideologiya ilə insanların beyinlərini yuyaraq dünyaya qorxunc fəlakət gətirmişdir. 350 milyondan çox insan bu qorxunc oyun nəticəsində şəhid olmuş və ya həyatını itirmiş, insanlar nə olduğunu başa düşmədən iki böyük dünya müharibəsinin gətirdiyi bəlaya düşmüşdülər.
Kolins bu həqiqəti belə şərh edir:
Nizamın gizli kultu (The Secret Cult of the Order) adlı əsərində A.Sutton belə deyir: “Marks və Hitler, hər ikisinin də fəlsəfi təməlləri Hekelə əsaslanır. Elə Darvin, Marks və Hitlerin kəsişdiyi Hekelçi nöqtə buradadır. Nitşeizm, darvinizm və marksizmin birlikdə Sionun Ağıllı Adamları Protokolunda yer tutduğu nəzərə alınarsa, bu, bir təsadüf deyil. Hər ikisi də Hekelçi prinsiplərə əsaslanır. Habelə, hər ikisi də Darvinizm "elmi ilə " qanuniləşdirilmiş 'elmi diktatorluqlar'dır.
Hitler və Marksın hər ikisinin də darvinist təkamülə olan marağı tarixi həqiqətdir. Londonda yaşadığı dövrdə Karl Marks Haksli tərəfindən verilən təkamül nəzəriyyəsi konfranslarında iştirak edirdi.
Kommunizmin sinfi mübarizəsi anlayışı ilə Darvinin təbii seleksiya prinsipi arasındakı heyrətləndirici bənzərliyin fərqinə varan Marks Darvinə 1873-cü ildə Das Kapital kitabının bir surətini göndərmişdi. Təkamül düşüncəsindən sehrlənən Marks növbəti cildi Darvinin ona həsr etməsini istəmişdi.26
Tədqiqatçı İan Taylor bu mövzunu belə açıqlayır:
Faşizm və ya marksizm, sağ qanad və ya sol - ... əlbəttə, bu yolların təməli Darvinin təkamül nəzəriyyəsidir.27
Kolinsin bu mövzu ilə bağlı digər fikirləri də belədir:
Evolution and Ethics (Təkamül və etika) adlı kitabında Kit açıq şəkildə bunları deyir: “Mənim davamlı şəkildə ifadə etdiyim kimi, Alman Führer (Hitler) bir təkamülçüdür: şüurlu şəkildə Almaniyadakı tətbiqatların təkamül nəzəriyyəsinə uyğun olmasını hədəf seçmişdir'28
Mein Kampf kitabını təhlil edən V.Maser, Hitlerin "biologiya, sitayiş, güc və mübarizə kimi məfhumlardan və onun tarixdə əxlaq şərti fikirlərini rədd etməsinə "görə, Darvinin cavabdeh olduğunu açıqlamışdır.29
Kommunizm və nasizm hərəkatlarının nəticəsində inanılmaz dərəcədə çox qan axıdılmışdı. Bu, darvinist təfəkkürün təbii nəticəsi və 'elmi diktatorluğun ' mirası idi.30
Darvinin düşüncələrini tətbiq edən kommunistlər və faşistlər milyonlarla insanı öldürmüşdülər. Bu qrupların hər ikisi də elitlər (illuminati) içərisindən çıxır və dövrümüzdə də eyni məqsədlərə xidmət edirlər. Darvinist güclü olanın həyatda qalması iddiası nəticəsində zəfər əldə etmək üçün qan tökülməsi şərtdir.31
kommunizm-nasizm
Masonluq darvinizmi ön plana çıxararaq dünya müharibələrini başlatmış, kütlə soyqırımları həyata keçirmiş, irqçilik kimi zülmkar sistemləri yaymışdır.
Masonluq, yəni dəccaliyyət darvinizm pərdəsi altında kütlələrə sızaraq milyonlarla insanın qətl edilməsinə yol açmışdır. Bu dəccali sistem ölkələri məhv etmiş, inananlara istiqamətlənən qırğınların bir nömrəli cavabdehi olmuşdur və bu dəccali sistemin üsulları hər zaman insanlara uyğun göstərilməyə çalışılmış, təkamüllə kamuflyaj edilərək elmi əsası kimi göstərilmişdir. Lakin təkamül nəzəriyyəsi elmi dəlillə dəstəklənmədiyi kimi, hər elmi tapıntı bu nəzəriyyəni təkrar-təkrar süquta məruz qoyur. Darvinizmin böyük yalan olması qəti və sübut edilmiş həqiqətdir.
İnsanların açıq-aydın deyilmiş yalana bu qədər kor-koranə bağlanmaları, dünya səviyyəsində bu yalanın yayılması və insanları, cəmiyyətləri, ölkələri təsiri altına alması, əlbəttə, inanılmaz hadisədir. Lakin sözügedən kütləvi yalanın masonların monopoliyasında olması həqiqəti nəzərə alındıqda bu aldanmanın səbəbi də başa düşülür. Masonların oyunu, qapısı örtülü lojalardan bütün dünyaya çatan təsirli oyundur. Onlar cəmiyyəti və ya bütün dünyanı aldatmaq istədikdə eynilə təkamül nəzəriyyəsində olduğu kimi, ölkələri, dövlətə bağlı qurumları, insanları, mətbuatı, yəni hər cür yoldan istifadə edərək bunu istədikləri kimi edə bilirlər.

Şeytanın nizamı mütləq süqut edib yox olacaqdır

Şeytana sitayiş edən dəccal sistemi - masonluq daima Allah tərəfdarları qarşısında məğlub olacaqdır. Hal-hazırda şeytana sitayiş edən masonik təşkilat dünyada güclü kimi görünür. Lakin bu, aldadıcıdır. Şeytanın böyük dövlətləri olması, milli siyasətlərinin olması, təşkilatlarının olması heç bir şey ifadə etmir. Bu çürük sistem Allah`ın istəyi ilə bircə həftədə, bircə gündə, hətta bircə anda məhv olacaq sistemdir. Şeytanın sistemi nə qədər güclü görünsə də, Allah`ın istəyi ilə mütləq yerlə yeksan olacaq şəkildə yaradılmışdır.
Bu həqiqəti tarixdən görmək mümkündür. Şeytana sitayiş edən mason liderlərin idarə etdiyi böyük dövlətlər Allah`ın istəyi ilə bir anda məhv olmuşdur. Məsələn, Hitler satanist və mason idi. Onun bir dövlət siyasəti var idi. Gizli xidmətləri, gizli polisi var idi. Lakin o özünə şeytanı silah seçdiyi üçün, şeytanın ardınca gedərək güclü olacağını zənn etdiyi üçün şeytan onun dövlətini süqut etdirdi. Kommunist diktator Lenin şeytanın əmrlərini tətbiq edərək dövlətlərə hökm edən güclü lider kimi görünürdü. Lakin axırda dəli olaraq pərişan halda öldü. Səddam Hüseyn də şeytanın göstərişlərini tətbiq edən mason idi. Onun dövründə İraq ordusu dünyanın ən güclü ordusu idi. Lakin ordu bircə gündə səhrada itdi. Səddamın isə dünyaya qarşı göstərdiyi gücün ardınca həyatı pərişan halda sona çatdı.
Bütün bunlar yalnız bir gündə və ya bir anda baş vermişdir. Güclü görünən hər şeytan tərəfdarı Allah`ın onlara şeytanı mübtəla etməsi ilə bir anda bütün güclərini itirmiş, məhv olmuşdur. Bu şəxslər şeytanın gücü olduğuna inanaraq yanılmışdılar. Lakin şeytanın hiyləsi zəifdir. Bütün güc isə yalnız Allah`a aiddir. Elə bu səbəbdən, yalnız Allah`ın tərəfdarları qalib gələcəkdir. Şeytanın ordusu peyğəmbərlərə qarşı daim məğlubiyyətə uğramışdır. Peyğəmbərimiz (s.ə.v) Allah tərəfdarı olduğuna görə, onu əsla məğlub edə bilməmişdilər. Hz. Musa (ə.s) dövrün ən böyük güc sahibi və eyni zamanda da mason olan firona qarşı çıxmışdır, lakin firon Allah tərəfdarı olan hz. Musanı (ə.s) məğlub edə bilməmişdir. Diqqət edilsə, böyük ehtişam içində yaşayan firon sonrakı qövmlərə ibrət verici şəkildə ölmüşdür. Eyni şəkildə, hz. Süleyman (ə.s) da masonik təşkilatlanmaların hamısına qalib gəlmişdir.
Allah tərəfdarları tarixin heç bir dövründə məğlub olmayıblar və olmayacaqlar da. Allah`ı qəlbdən sevən, böyük səmimiyyətlə Ona yönələn hər kəs mütləq dəccal sisteminə qarşı qalib gələcəkdir. Dünyaya hakim vəziyyətdəki dəccali sistem, yəni masonluq da hal-hazırda şeytanın keçmişdəki tərəfdarları ilə eyni vəziyyətdədir. Dəccal güclü kimi görünsə də, şeytanın tərəfdarı olduğuna görə, onu Rəbbimizdən böyük qarşılıq gözləyir. Allah`ın tərəfdarları olan axırzamanın iki böyük şəxsi hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) şeytana qarşı mütləq qalib gələcəkdir. Dəccali fikir sistemi Allah`ın izni ilə tamamilə süqut edib yox olacaqdır.
hitler-səddam-lenin
1. Hitler, 2. Səddam ve 3. Lenin.
Özlərini güclü zənn edən darvinist zülmkar sistemin ən qanlı liderləri pərişanlıqla ölmüşlər.

Dipnotlar

6. John Daniel, Two Faces of Freemasonry, Day Publishing, 2007, s. 120
7. Kent Hovind, The False Religion of Evolution, http://www.hsv.tis.net/….ke4vol/evolve/ndxng.html (bu kitap sadece internette yayınlanmıştır)
8. John Daniel, Two Faces of Freemasonry, Day Publishing, 2007, s. 434
9. John Daniel, Two Faces of Freemasonry, Day Publishing, 2007, s. 449
10. Kent Hovind, The False Religion of Evolution, http://www.hsv.tis.net/….ke4vol/evolve/ndxng.html (bu kitap sadece internette yayınlanmıştır)
11. Alan Woods-Ted Grant, "Marxism and Darwinism", Reason in Revolt: Markxism and Modern Science, London:1993
12. John Daniel, Two Faces of Freemasonry, Day Publishing, 2007, s. 449
13. John Daniel, Two Faces of Freemasonry, Day Publishing, 2007, s. 572
14. Türk Mason Dergisi, Sayı: 25-26, sf.14
15. Mimar Sinan Dergisi, Sayı 38, sf. 18, yıl 1980
16. Türk Mason Dergisi, Sayı:25-26, Mart 1977, Sf: 59
17. Dr. Selami Işındağ, "Masonluk Öğretileri", Masonluktan Esinlenmeler, İstanbul 1977, s. 137
18. John Daniel, Two Faces of Freemasonry, Day Publishing, 2007, s. 121
19. Albert G. Mackey. "Charles Darwin and Freemasonry". An Encyclopedia of Freemasonry New York: The Masonic History Company, 1921, Vol. III
20. John J. Robinson, Born in Blood, s. 285
21. Anton Pannekoek, Marxism And Darwinism, Cornell University Library, 1912
22. Dr. Selami Işındağ, Panteizm-Kamutanrıcılık Felsefesi, Masonluktan Esinlenmeler, İstanbul 1977, s. 190
23. The Jesuit Pierre-Teilhard-De-Chardin, s. 2 http://www.scribd.com/doc/14090263/Pierre-Teilhard-De-Chardin
24. George H. STEINMETZ, Freemasonry: Its Hidden Meaning, s. 37
25. Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 fiubat 2005, s. 4
26. Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 fiubat 2005, s. 7
27. Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 fiubat 2005, s. 8
28. Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 fiubat 2005, s. 8
29. Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 fiubat 2005, s. 8
30. Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 fiubat 2005, s. 8
31. Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 fiubat 2005, s. 8